"ConocoPhillips" Rusiya bazarını tərk edir

18:27 22 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Şirkət "Rosneft" ASC ilə birgə müəssisəsi olan və ölkənin şimal-qərbində yerləşən "Polar Lights" ("Qütb işıqları") müəssisəsindəki hissələrini satıb. ABŞ şirkətinin sözçüsü birgə müəssisədəki 50%-lik iştirak payının artıq satıldığını təsdiqləyib.
Onun sözlərinə görə, şirkət payını "Trisonnery Asset Ltd." şirkətinə satıb. "ConocoPhillips" şirkətinin Rusiya bazarından çıxması barədə qərarı neftin qiymətinin kəskin uculaşması və bu ölkənin enerji sektorunda xarici şirkətlərin üzləşdiyi siyasi problemlərlə əlaqədardır.
"Financial Times"in məlumatına görə, "Rosneft" şirkəti də müəssisədəki payını ötən həftə 150-200 mln. dollara satıb. Lakin bu hissənin hansı şirkətə satıldığı açıqlanmır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/conocophillips-rusiya-bazarini-terk-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR