Pakistanda uşaq xəstəxanasında partlayış nəticəsində 19 nəfər yaralanıb

Pakistanda uşaq xəstəxanasında partlayış nəticəsində 19 nəfər yaralanıb
18:28 22 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


İslamabad, 22 dekabr, AZƏRTAC 
Pakistan mətbuatının yaydığı məlumata görə, ölkənin Xayber Paxtunxva əyalətindəki uşaq xəstəxanasında baş vermiş partlayış nəticəsində 19 nəfər yaralanıb. Onların 15-i uşaq, 4-ü xəstəxanada çalışan işçilərdir. Zərər çəkənlərin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, partlayış qaz balonunda baş verib, lakin polis terror aktı və kriminal fəaliyyət versiyalarını da istisna etmir.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistanda_usaq_xestexanasinda_partlayis_neticesinde_19_nefer_yaralanib-913386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR