Yüklərin Fars körfəzindən Qara dənizə daşınmasını Azərbaycan təmin edə bilər

Yüklərin Fars körfəzindən Qara dənizə daşınmasını Azərbaycan təmin edə bilər
18:33 22 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 22 dekabr, AZƏRTAC 
Azərbaycan İranın Fars körfəzi sahilindəki Bəndər Abbas limanından yükləri Qara dənizin limanlarına çatdırılmasını təmin edə bilər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Bu məsələnin İranın Dəmir Yolları İdarəsinin rəisi Möhsünpur Agayi ilə müzakirə etdiyini deyən C.Qurbanov qeyd edib ki, həmin marşrutla yüklərin daşınması üçün Azərbaycanın geniş nəqliyyat infrastrukturu var. Yüklərin dəmir yolu vasitəsi ilə Gürcüstanın Qara dəniz sahilindəki limanlarına, oradan isə Şərqi və Qərbi Avropaya, Rusiyaya, Türkiyəyə çatdırmaq olar.
Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilişinə toxunan C.Qurbanov nəzərə çatdırıb ki, Azərbaycan 7,5 kilometr yolu inşa edərək dəmir yolunu İranla birləşdirəcək. Bu yolla İranla yanaşı Fars körfəzi ölkələrinin də yükləri daşınacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yuklerin_Fars_korfezinden_Qara_denize_dasinmasini_Azerbaycan_temin_ede_biler-913390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR