Qəbələdə cüdo məşqçiləri və idmançılar üçün seminar təşkil olunub

Qəbələdə cüdo məşqçiləri və idmançılar üçün seminar təşkil olunub
18:43 22 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərliyində edilən məlum dəyişiklikdən sonra regionlarda bu idman növünə diqqət yenidən artıb.
AZƏRTAC xəbər verir ki, tanınmış cüdo mütəxəssisi, ACF-nin regionlar üzrə əlaqələndiricisi Tərlan Poladov Qəbələdə səfərdə olub. Səfər zamanı Qəbələ də daxil olmaqla region rayonlarında (İsmayıllı, Şamaxı, Oğuz və Ağsu) çalışan cüdo məşqçilərinin və idmançıların iştirakı ilə iclas, daha sonra isə seminar keçirilib.
İclasda regionda cüdonun problemləri və onların həll yolları muzakirə olunub, məşqçi-müəllimlərin şikayət və təklifləri dinlənilib. “Qəbələ” idman klubunun rayonda cüdonun inkişafında gördüyü işlər xüsusi vurğulanıb. Sonda klubun məşqçisi Rail İsmayılova son illərdə rayonda gördüyü işlərə görə, təşəkkür edilib və o, regionun koordinatoru təyin edilib.
Sonra “Qəbələ” Futbol Akademiyasının binasında yerləşən yeni cüdo zalında region idmançılarının iştirakı ilə praktik seminar keçirilib. Seminara rəhbərlik edən Tərlan Poladov təcrübəsini gənc cüdoçularla bölüşub və onlara öz tövsiyələrini verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR