Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib
18:47 22 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu ünvanlayıb. "Report" xəbər verir ki, təbrik məktubunda deyilir:
"Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə ən xoş arzularımı yetirərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR