"Qazprom"dan Türkiyəyə güzəşt (FOTO)

"Qazprom"dan Türkiyəyə güzəşt (FOTO)
18:51 22 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

"Qazprom" Türkiyə şirkətlərinə endirim edə bilər.

ANS PRESS-in məlumatına görə, səhmlərinin bazarda ucuzlaşması ilə əlaqədər olaraq "Qazprom" tarif siyasətində dəyişiklik edir. Bu dəyişiklik siyasətinə Türkiyə şirkətlərinə müəyyən endirimlərin ediləcəyi fikirləri də yer alır. Lakin öncə Türkiyə tərəfinin bəzi şərtlərə əməl etməsi tələb edilir.

Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşən "Renaissance Capital" analitika şirkətinin neft və qaz sektoru üzrə eksperti İldar Davletşin fikrincə, məsələ “ ABŞ-ın yaxın zamanlarda ixrac edəcəyi şist qazı ilə bağlıdır: "Rəqabətin artması "Qazprom"un qlobal qaz bazarındakı payını itirmək təhlükəsini artırıb. Rusiyada da bazar payını itirməyə başlayan "Qazprom" beynəlxaq müştəriləri üçün qiymətləndirmə siyasətini dəyişir. Lakin Türkiyə şirkətlərinə endirim etməsi üçün Türkiyə və Rusiya arasındakı münasibətlərin mülayimləşməsi lazımdır”.


"Qazprom"un Urenqoy qaz hasılatı mədəni

Beynəlxalaq hüquq firması "Dentons"un hüquq müşaviri Orestis Omran isə Rusiyanın Avropada və Türkiyədə önəmli bir qaz tədarükçüsü olaraq öz mövqeyini qorumaq istədiyini bildirir. Onun fikrincə, Rusiya enerji ixracatına əsaslanan iqtisadiyyatını möhkəmləndirmək üçün Türkiyə ilə təbiiqaz danışıqları apara bilər.



Lakin qiymətlərə endirim olunması üçün bir qədər zamana ehtyiac var” deyə öz fikirlərini bölüşüb.

Bir müddət əvvəl Rusiyanın enerji şirkəti "Qazprom" Türkiyəyə təbii qaz ixracatı edən firmalarla qiymət danışıqları aparmaq üçün iclas çağırmışdı. Bu ilin əvvəllərində Türkiyə şirkətlərinə güzəştlər edən "Qazprom" sonrakı dönəmdə bu endirimi kompensasiya etmək üçün qiymətlərdə artımlar edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR