Azərbaycan-Əfqanıstan əməkdaşlığının inkişaf istiqamətləri müzakirə edilib

Azərbaycan-Əfqanıstan əməkdaşlığının inkişaf istiqamətləri müzakirə edilib
19:13 22 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC 
Dekabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın istiqamətləri müzakirə edilib.
Baş nazir bildirib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr siyasi sahədə uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili münasibətlərimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Prezident Məhəmməd Əşrəf Qani Azərbaycanın hər zaman beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəklədiyini bildirib və buna görə minnətdarlığını ifadə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əfqanıstan Prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət zamanı iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Afqanistan_emekdasliginin_inkisaf_istiqametleri_muzakire_edilib-913416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR