Qəbələdə şahmat turnirinin qalibləri mükafatlandırılıb

Qəbələdə şahmat turnirinin qalibləri mükafatlandırılıb
19:18 22 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 22 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan şahmat üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, rayonda şahmat idman növü ilə bağlı kütləviliyin artırılması, yarış iştirakçılarının idman ustalıqlarının yüksəldilməsi, müvafiq yaş qrupları üzrə rayonun yığma komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədilə keçirilən yarışda 8, 10, 12, 14 və 16 yaş qruplarında olan yeniyetmə və gənclər dairəvi sistem üzrə mükafat uğrunda mübarizə aparıblar.
Yarışda 60-a yaxın oğlan və qız öz bacarığını nümayiş etdirib. Birincilikdə hər yaş qrupu üzrə I, II və III yerləri tutan şahmatçılara rayon gənclər və idman idarəsinin diplomları təqdim edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR