Təhsildə metodik xidmətlə bağlı elmi-praktik konfrans keçirilib

Təhsildə metodik xidmətlə bağlı elmi-praktik konfrans keçirilib
19:18 22 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC 
Təhsil Problemləri İnstitutu (TPİ) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsildə metodik xidmət” mövzusunda elmi-praktik konfrans keçirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, təhsil işçilərinin, alim və mütəxəssislərin iştirak etdikləri konfransda TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əhəmiyyətindən danışıb.
Direktor, eyni zamanda, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sonra TPİ-nin şöbə müdiri Afaq Əliyevanın “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsildə metodik xidmət” mövzusunda elektron təqdimat-məruzəsi dinlənilib.
Təhsilin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.
Konfransda TPİ-nin “Təhsil Texnologiyaları Mərkəzi”-nin mətbəəsində nəşr olunmuş 20-yə qədər metodiki vəsait, müəllimlərin tədrisdə istifadə edə biləcəyi resurslar və digər elmi nəşrlər də nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsilde_metodik_xidmetle_bagli_elmi_praktik_konfrans_kechirilib-913418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR