"Qadınları izləyirdik, qaranlıq yerdə..." - VİDEO - FOTO

"Qadınları izləyirdik, qaranlıq yerdə..." - VİDEO - FOTO
19:22 22 Dekabr 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda soyğunçuluqla məşğul olan 4 nəfər saxlanılıb.

Hüquq mühafizə orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat həyata keçirilib. Soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları soyğunçuluq törətməkdə şübhəli bilinən Lerik rayon sakini Elxan Əliyevi və Biləsuvar rayon sakini Baba Hüseynlini saxlayıblar. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər sakinlərə məxsus içində pul və qiymətli əşyalar olan əl çantalarını soyğunçuluq yolu ilə ələ keçiriblər. Onların qadınlara qarşı 10-dan artıq cinayətlər törətdikləri müəyyənləşdirilib.

Elxan Əliyev - saxlanılan şəxs: "14-15 qadını soymuşuq. Əsasən, qadınları izləyirdik, qaranlıq yerdə çantalarını götürüb qaçırdıq. Qiymətli əşyaları aramızda bölürdük".

Rayon ərazisində soyğunçuluq törədən daha bir nəfər də polisin isti izlərlə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Belə ki, Cavadxan küçəsində  naməlum şəxs vətəndaşa zor tətbiq edərək içərisində 80 manat pul və sənəd olan çantasını alaraq qaçıb. Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Ağayev yaxalanıb.

Ramin Ağayev - saxlanılan şəxs: "Bir qadınla bir oğlan idi, çantalarını götürüb qaçdım. Yarı yolda polislər tutdu".

Bundan başqa, paytaxt sakininin mobil telefonunu zorla əlindən alan Bakı şəhər sakini Qurban Hüseynov saxlanılıb.

Qurban Hüseynov -saxlanılan şəxs: ""Əcəmi" metrosu yaxınlığında tanımadığım adama yaxınlaşdım, zəng eləmək məqsədilə telefonunu istədim vermədi, onu çəkdim tinə. Telefonu əlindən alıb qaçdım".

Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır. Onların əməllərindən zərərçəkənlər varsa, Daxili işlər Nazirliyinin "102" zəng mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.  

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/392333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR