“Azercell”in dəstəyi ilə müəllimlər üçün xüsusi təlimlər keçirilib

“Azercell”in dəstəyi ilə müəllimlər üçün xüsusi təlimlər keçirilib
19:28 22 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
“Azercell Telekom” MMC və “British Council” şirkəti tərəfindən peşə təhsili sahəsində keçirilən təlim kursu başa çatıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “İş dünyası üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan kurslarda Bakının müxtəlif peşə təhsili müəssisələrində fəaliyyət göstərən 36 müəllim iştirak edib. Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis tərəfindən keçirilən təlim kursunda peşə təhsili üzrə yeni modellər və strategiyalar, yerli mühit və işəgötürənlərlə əlaqələrin qurulması ilə bağlı məlumat verilib.
Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi peşə məktəblərində informasiya-kommunikasiya texnologiyaları və telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və qabiliyyətlərinin artırılmasıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercellin_desteyi_ile_muellimler_uchun_xususi_telimler_kechirilib-913430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR