Astaralı yeniyetmə pəhləvanlar Bakıdan 6 medalla qayıdıblar

Astaralı yeniyetmə pəhləvanlar Bakıdan 6 medalla qayıdıblar
19:48 22 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Bakı şəhərində Respublika Olimpiya İdman Liseyinin sərbəst güləş üzrə açıq birinciliyində astaralı güləşçilər uğurlu nəticələr qazanıblar.
AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında keçirilən açıq birincilikdə Astara rayonu 10 idmançı ilə təmsil olunub.
Respublikanın digər şəhər və rayonlarından olan idmançıların da qoşulduğu yarışda astaralı güləşçilərdən Şahin Rzazadə (26 kiloqram), Ramiq Heydərov (32 kiloqram) və Musa Nağıyev (38 kiloqram) birinci, Rövşən Ağayev (26 kiloqram), Ümid Dadaşov (29 kiloqram), Hüseynağa Axundov isə (42 kiloqram) üçüncü yerləri tutublar.
Yarışda fərqlənən idmançılar medal və diplomlarla mükafatlandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astarali_yeniyetme_pehlevanlar_Bakidan_6_medalla_qayidiblar-913441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR