Messi və İnyesta rekorda doğru

Messi və İnyesta rekorda doğru
19:49 22 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın futbolçuları Lionel Messi və Andres İnyesta rekorda bir addım da yaxınlaşıblar. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun ulduzları klub karyeralarında qazandıqları kubok sayını 26-ya çatdırıblar.

 

Bu yaxınlarda klublararası dünya çempionatının qalibi olan cütlük son 10 ildə qazandıqları kubok sayını 26-ya yüksəldiblər. Çempionlar Liqasını 4, UEFA Superkubokunu 3, klublararası dünya çempionatını 3, İspaniya La Liqasını 7, İspaniya Kral Kubokunu 3, İspaniya Superkubokunu isə 6 dəfə qazanan futbolçular bununla 6-cı pillədə yer alan “Milan”ın əfsanəvi müdafiəçisi Paolo Maldiniyə çatıblar.

 

“Sevilya”da 5, 2008-ci ildə keçdiyi “Barselona”da isə 21 kubok əldə edən Alveşdə də kubok sayı 26-dı. Messi futbol ictimaiyyəti tərəfindən ən böyük rəqibi hesab edilən Kriştianu Ronaldo ilə aradakı fərqi bir qədər də artırıb. Ronaldo “Mançester Yunayted” və “Real”da ümumilikdə 16 dəfə kuboku başı üzərinə qaldırmağa nail olub.

 

Bu baxımdan rekord “Mançester Yunayted”in əfsanəsi Rayan Giqqzə məxsusdu. 1990-2014-cü illərdə “qırmızı şeytanlar”ın formasını geyinmiş uelsli bu müddətdə 34 kubok qazanıb. Portuqaliyalı sabiq qapıçı Vitor Baya 32 kubokla ikinci, şotlandiyalı Kenni Dalqliş isə 31 kubokla üçüncü yerdə qərarlaşır.

 

Bəziləri tərəfindən bütün dövrlərin ən güclüsü hesab edilən Pele aktivindəki 28 kubokla 4-cü pillədə yer tutur. Hollandiyalı keçmiş qapıçı Edvin van der Sar isə 21 illik karyerası ərzində 27 kuboka sahib olub.

 

Hazırda karyerasını davam etdirənlərdən Xavi Ernandes və Zlatan İbrahimoviç 25 dəfə qızıl medalı boyunlarına asıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR