Əfqan nazirlər Bakı Olimpiya Stadionunda

Əfqan nazirlər Bakı Olimpiya Stadionunda
20:32 22 Dekabr 2015
13 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda səfərdə olan Əfqanıstan nümayəndə heyəti Bakı Olimpiya Stadionunda olub. Fanat.az xəbər verir ki, ictimai məsələlər nazir Mahmud Balig və şəhərsalma məsələləri naziri Sadət Mansur Nadiri stadionla tanış olub, burada təşkil olunan və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat əldə ediblər.


M.Balig İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsindən sevinc hissi duyduğunu deyib: "Öz komandamızı dəstəkləmək üçün mən buraya mütləq gələcəyəm".


Sadət Mansur Nadiri isə bunları bildirib: "Stadion öz əzəməti ilə insanı heyrətə salır. Rekord sayıla bilinəcək qısa vaxt ərzində bu cür arenanın inşa olunması ilk baxışda mümkünsüz görünür".


Fanat.az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR