Mənzil almaq istəyənlər üçün fürsət - VİDEO

Mənzil almaq istəyənlər üçün fürsət - VİDEO
21:05 22 Dekabr 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda evlərin ucuzlaşacağı, kirayə qiymətlərinin isə düşəcəyi proqnozlaşdırılır. Buna səbəb kimi dolların kəskin bahalaşması göstərilir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  dolların manat qarşısında dəyər qazanması daşınmaz əmlak bazarınada təsirsiz ötüşməyib. Ötən gündən etibarən bütün satışlar dayanma həddinə çatıb.

Eksperlər fevraldakı devalvayasiyadan sonra daşınmaz əmlak bazarında yaşanan ucuzlaşmanın yenidən təkrarlanacağını proqnozlaşdırır.

Gələn il mənzil qiymətlərinin onsuz da 10 % ucuzlaşacağını proqnazlaşdıran ekspertlər dolların bahalaşmasının prosesi sürətləndirəcəyini bildirir. Bu vəziyyət kirayə bazarınada təsirsiz ötüşməyəcək.

Kirayə və mənzil bazarından fərqli olaraq torpaq qiymətlərinin daha az qiymət itirməsi gözlənilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR