ABŞ-ın Rusiyaya yeni sanksiyaları

ABŞ-ın Rusiyaya yeni sanksiyaları
21:06 22 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyaların yeni paketini təsdiq edib.

ANS PRESS-in məlumatına görə, ümumi siyahıya 34 fiziki və hüquqi şəxs düşüb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib. Sanksiyalar altına VTB və “Sberbank” dövlət banklarının bir çox törəmə və xaricdə olan bölmələri düşüb. Xüsusilə Ukrayna, Qazaxıstan və Avropada olan bölmələr hədəfə götürülüb. Bundan başqa, yeni siyahıda VTB və “Sberbank” banklarının qeyri-dövlət təqaüd fondları var.



Sanksiyalar altında həmçinin "Qals-Development" developer firması, Novikombank, "Aviapriborostroenie" konserni, "Müasir texnologiyalar", "Obidinonnaya dviqatelestroitelnaya korporasiya", "Oboronoprom", "Aviasiya avadanlığı", "Elmi-istehsalat birləşməsi SPLAV", "Rosoboroneksport" və başqa şirkətlər düşüblər.



Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni iqtisadi sanksiyalarının yeni siyahısına Krım şirkətləri də düşüb. Bunlar arasında "Yalta kinostudiya", "Massandra" və "Yuniversalavia" şirkətləri var. Həmçinin "Yandeks.Denqi" ABŞ sanksiyaları ilə üzləşib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR