Dolların bahalaşmasından sonra valyutadəyişmə məntəqələrində aktivlik də artıb. Dolların alışı minimum 1 manat 54 qəpik, satışı isə maksimum 1.58 manat təşkil edir.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, dolların bahalaşmasından sonra valyutadəyişmə məntəqələrindəki lövhələrdə bu qiymətlər əks olunub. Məntəqə sahibləri deyirlər ki, dolların məzənnəsinin artmasından sonra canlanma müşahidə olunur.
Məntəqə sahibləri deyirlər ki, aktivlik müşahidə olunsa da böyük məbləğlə valyutanı dəyişmək üçün müraciət edən olmayıb
Bəzi məntəqələrdə valyutanın dəyişməsi üçün maksimal məbləğ təyin edilib. Bu da bankların məntəqələrə verdiyi məbləğə görə dəyişir.
Milli.Az