ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
21:14 22 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib.  

 

Sanksiyalar Rusiyanın “VTB”  və “Sberbank” banklarının Ukrayna, Qazaxıstan və Avropadakı əksər törəmə qurumlarına şamil edilib. Bundan başqa, yeni siyahıya “VTB”  və “Sberbank” banklarının qeyri-hökumət pensiya fondları və “VTB 24” bankı daxil edilib.    

 

Sanksiya siyahısına  həmçinin “Qals Development” şirkəti,  “Novikombank” bankı, “Aviapriborostroyenie” konserni, “Sovremennıye texnologii”, “Oboronprom”, “Rosoboroneksport” və digər iri korporasiyalar daxil edilib.

 

Sanksiyalar həmçinin “Massandra” şərab zavodu və Yalta kinostudiyasına tətbiq edilib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR