Fövqəladə Hallar Nazirliyi oteldə təlim təşkil edib

Fövqəladə Hallar Nazirliyi oteldə təlim təşkil edib
21:28 22 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də “Qafqaz Baku City Hotel and Residences” otelində Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən təlim keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin xilasetmə qurumlarının qüvvə və texnikalarının iştirakı ilə keçirilən təlimin məqsədi yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi, bu sahədə nazirliyin qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi olub.
Təlim planına uyğun olaraq yanğının söndürülməsi və insanların təxliyəsi üzrə əməliyyatlar uğurla yerinə yetirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyi_otelde_telim_teskil_edib-913480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR