​Azərbaycan və Gürcüstanın Şərqşünaslıq institutları arasında əməkdaşlıq müzakirə edilib

​Azərbaycan və Gürcüstanın Şərqşünaslıq institutları arasında əməkdaşlıq müzakirə edilib
21:32 22 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Tbilisi Dövlət Universiteti nəzdindəki Şərqşünaslıq İnstitutunun direktoru akademik Apolon Sitaqadze və həmin universitetin professoru Nino Ejibadze bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Bu barədə "Report"a məlumatı institutun İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədov verib. Məlumatda bildirilib ki, gürcüstanlı alimlər AMEA Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüblər. Görüşdə Bakı və Tbilisinin şərqşünaslıq institutlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR