Həzrət Yusifin (ə) vəsiyyəti necə yerinə yetirildi?

Həzrət Yusifin (ə) vəsiyyəti necə yerinə yetirildi?
21:47 22 Dekabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Həzrət Peyğəmbər (s) səfərə çıxan zaman bir nəfərin evində qonaq olur. Həmin şəxs Peyğəmbərə (s) yaxşı qulluq edir. Hərəkət edən zaman Həzrət (s) həmin kişiyə buyurur: "Bizdən elə bir istəyin vardırmı ki, Allah Təaladan istəyək və sən arzuna nail olasan?". 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kişi deyir: "Allahdan mənim üçün dəvə istəyin ki, əşyalarımı onun üstündə apara bilim. Bir neçə qoyun istəyirəm ki, onların südündən istifadə edim". Peyğəmbər (s) onun üçün dua edir. Sonra üzünü səhabələrinə çevirir və buyurur: "Ey kaş ki, bu kişinin hümməti Bəni-İsrayildən olan qoca qarının hümməti kimi yüksək olardı. Bizdən dünya və axirət xeyirini istəyərd"i.
Peyğəmbərdən (s) soruşurlar ki, Bəni-İsrayildən olan qoca qarının dastanı necə olmuşdur ki?
Həzrət (s) buyurur: "O zaman ki, Həzrət Musa (ə) Bəni-İsrayil ilə bir yerdə Misirdən çıxır, Şamda yolunu azır. Hər tərəfi axtarır, ancaq yolu tapmır. Həzrət Musa (ə) qorxur və səhabələrini toplayır. Onlardan soruşur ki, siz Misir xalqına vədə vermisinizmi ki, bu şəhərdən gedən zaman onu yerinə yetirəcəksiniz? Cavabında dedilər ki, bəli. Atalarımızdan eşitmişik ki, o zaman ki, Həzrət Yusif (ə) can verirdi, misirlilərdən xahiş edir ki, nə zaman Şama getmək istəsələr, cənazəsini də özləri ilə aparsınlar. Atası Yəqubun (ə) yanında dəfn etsinlər. Bizim əcdadlarımız da onu qəbul etmişdi. Həzrət Musa (ə) buyurur: "Misirə qayıdın və verdiyiniz sözə əməl edin, əks halda bu avaralıqdan nicat tapa bilməyəcəyik".
Misirə qayıdırlar və Həzrət Musa (ə) hər kəsdən Yusifin (ə) qəbrinin yerini soruşur. Ona xəbər verirlər ki, bir qoca qarı həmin qəbrin yerini bilir. Ancaq həmin qadın deyir ki, Həzrət Musaya (ə) deyin ki, əgər mənim elmimə ehtiyacı varsa, gərək mənim yanıma gəlsin. Həzrət Musa (ə) bu sözlərdən heyrətə gəldi və həmin qarının yanına gəldi. Qəbrin yerini soruşan zaman qarı dedi: "Ey Musa! Elmin qiyməti vardır və illər boyu bu elmi sinəmdə gizlətmişəm. Sizə o zaman deyərəm ki, mənim üç hacətimi yerinə yetirəsiniz". Həzrət (ə) buyurur: "Hacətlərini de". Deyir: "Əvvəl budur ki, cavan olum. İkincisi budur ki, sizinlə evlənim. Üçüncüsü budur ki, axirətdə də sizin həyat yoldaşınız olmaq iftixarına nail olum".
Həzrət Musa (ə) bu qadının dünya və axirət xeyirini istəməsindən təəccüb edir. Allahdan istəyir ki, onun bu üç hacətini yerinə yetirsin. Allah da onun istəyini yerinə yetirir. Həmin qarı deyir: "O zaman ki, Yusif (ə) dünyadan gedir, onu dəfn edəcəkləri yerə görə nəzər ayrılığı olur. Hər tayfa onu öz məhəlləsində dəfn etmək istəyir. Bu məsələ qılınc davasına səbəb olacaqdı və ona görə də qərara alırlar ki, onun cənazəsini büllur bir tabuta qoysunlar və onu Misirə daxil olan çayın içində dəfn etsinlər. Şəhərin suyu da onun qəbrinin üstündən keçib getsin və hamı onun feyzindən istifadə etsin".
Həmin yeri Musaya (ə) göstərir və Musa (ə) qəbri bayıra çıxardır və onu Yəqubun (ə) qəbri ilə üzbəüz, İbrahim (ə) peyğəmbərin qəbrinin yanında dəfn edir". 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR