​Rusiya İran AES-də iki blok tikəcək

​Rusiya İran AES-də iki blok tikəcək
21:47 22 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiya gələn həftədən İranın Buşehr Atom Elektrik Stansiyasında (AES) iki yeni blokun tikintisinə başlayacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatı sədrinin müavini Bəhruz Kəmalvəndi deyib.
Məlumata görə, 2014-cü ildə Rusiya ilə İran arasında Moskvada dinc məqsədli atom enerjisindən istifadə haqda bir sıra sənədlər imzalanıb. Həmin sənədlər Rusiyaya İran AES-də 8 blok tikliməyə imkan verir. Buşehr AES-də iki blokun inşası da həmin anlaşmaya əsasən həyata keçiriləcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR