Ağstafada sahibsiz itlər 6 qoyunu parçalayıb

Ağstafada sahibsiz itlər 6 qoyunu parçalayıb
21:57 22 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Ağstafada sahibsiz itlər 6 qoyunu parçalayıb. "Report"-un məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
Ev sahibi Arifə Orucova xırdabuynuzlu heyvanları həyətə salıb Ağstafaya gedib qayıdan zaman itlərin qoyunları məhv etdiyini görüb.
Altı baş qoyuna hücüm edən itlər onlardan 5-nü öldürüb birini isə ağır yaralıyıb. Kənd sakinləri bildirir ki, sahibsiz itlər kənd ərazisndə insanlara da hücuma keçir. Gecə-gündüz Tatlı ərazisində rahat hərəkət edən canlılar toyuq-cücə mal-qaraya da zərər yetirirlər.
Bu gün günorta saatlarında baş verən it dişləmə zamanı məhv olan xırdabuynuzlu heyvanlar yerli baytarlar tərəfindən nəzarətə götürülərək qaydalara uyğun zərərsizləşdiriləcək.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR