Fransada teraktın qarşısı alındı

Fransada teraktın qarşısı alındı
22:12 22 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi asayiş keşikçilərinə qarşı törədilməsi planlaşdırılan növbəti terror aktının qarşısını alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fransa DİN rəhbəri Bernar Kaznev bildirib.  
 
Nazirin sözlərinə görə, istintaq çərçivəsində Orleanda iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin hazırda Suriyada olan digər Fransa vətəndaşı ilə əlaqədə olduqları müəyyən edilib.  
 
Nazir əlavə edib ki, son iki ildə Fransa xüsusi xidmət orqanları 10 terror aktının qarşısı alınıb.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR