Günəşdə güclü partlayışlar baş verdi

Günəşdə güclü partlayışlar baş verdi
22:17 22 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də Günəşdə koronal kütlə atımı ilə müşayidə edilən yüksək və orta səviyyəyəli bir neçə partlayış baş verib.

Milli.Az oxu.az-a istinaadən bildirir ki, bu barədə akademik E.K.Fyodorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında bildirilir.

"Günəşin diskində 3 qrup ləkə müşahidə olunub. 2472-ci qrupda koronal kütlə atımı ilə müşayidə edilən 19 dəqiqə müddətində M2.8 və M1.1/1N partlayışları qeydə alınıb.

Sutka ərzində Günəşdə C sinfinə aid olan və koronal kütlə atımı ilə müşayidə edilən bir neçə güclü partlayış baş verib. Onlardan ən güclüsü 2472-ci qrupda S9.1 partlayışıdır.

Güclü partlayışlar planetimiz istiqamətində yönəlməyib və bu səbəbdən Yerdə maqnit qasırğaları gözlənilmir", - məlumatda deyilir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR