Bakıda 6 nəfəri güllələyən məmur övladı: "Yaxşı eləmişəm!"

Bakıda 6 nəfəri güllələyən məmur övladı: "Yaxşı eləmişəm!"
23:05 22 Dekabr 2015
188 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxta məmur övladının 6 nəfəri güllələməsi günün aktual mövzularından biri olaraq qalır. Məsələyə millət vəkili Fazil Mustafa da öz feysbuk səhifəsində münasibət bildirib.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, millət vəkili diqqəti cazasızlığa yönəldib: Qaradağda restoranda iki gənc, bir uşaq da daxil 6 nəfəri münaqişə zəminində güllələyib. Günahın kimdə olduğunu bilmirəm. Xəstəxana işçilərinin bildirdiyinə görə, silahdan atəş açan şəxs görüş zamanı "Günahkar mənəm, yaxşı eləmişəm" - deyə cavab verib.

"Həmin şəxs xəstəxanaya polisin müşayiəti ilə gəlmişdi. Heç nədən qorxmadan, çəkinmədən dedi ki, yaxşı eləmişəm. O, atasının vəzifədə işlədiyini deyərək hamını hədələdi"- deyə yaralıların qohumları deyib.

Bəlkə də zərərçəkmiş kimi yaralı tərəfin bir az şişirtməsi də var. Ancaq fakt odur ki, tolerantlıq barədə tez-tez danışılan ölkəmizdə bir restoranda yüz qram spirtli içki içən kimi, adamlar dönüb olur xuliqan. Yenə yumruq davasını az-çox anlamaq olar, bu silah istifadəsi vəziyyətin həqiqətən də ciddiliyindən xəbər verir. Burada diqqətimi çəkən əsas nüans başqadır.

Dünya hüquq sistemində alışdığımız iki qayda var: Bir var hüququ həyata keçirmək, bir də var hüququ pozmaq. Azərbaycanda üçüncü qayda da tez-tez işləyir: "Yaxşı eləmişəm". Bu nə hüquqa girir, nə də hüquqsuzluğa. Bu sadəcə cəzasızlığa inanların daha tez-tez işlətdiyi termindir. Anlaşılan budur ki, restoranda güllələnmə hadisəsində də bu ifadə- "yəni kiməsə güvənirəm və yaxşı edirəm" əsas həvəsləndirici rol oynayıb.  

 Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR