Bu 3 dua mütləq həyata keçər

Bu 3 dua mütləq həyata keçər
23:17 22 Dekabr 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Sadiq (ə) buyurur: "Üç dua vardır ki, Allah üçün hicabda qalmaz və mütləq həyata keçər: ata və ananın saleh övladı üçün etdiyi dua, məzlumun zalımı nifrin etməsi, möminin mömin qardaşı üçün etdiyi dua". (Tebyan)

Övladların bu dünyada müvəffəq olmaqlarının ən mühüm açarı - valideynlərinin onlar haqqında etdiyi xeyir dualarıdır. O zaman ki, valideyn övladı üçün ürəkdən dua edər, bu dua yeddi qatlı göyə qalxar. Heç bir maneə olmadan Allaha çatar və Allah onu yerinə yetirər.
Əllamə Məclisinin atasının xatirəsi.
Alimin atası nəql edir: "Səhər çağı gecə namazını bitirəndən sonra Allahla münacat etdiyim zaman başa düşdüm ki, hansı duanı etsəm, yerinə yetəcəkdir. Düşündüm ki, hansı duanı edim. Bu zaman Muhəmmədbaqirin ağlamaq səsi beşiyindən eşidildi. Bu zaman dedim: "Pərvərdigara! Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına, bu körpəni dininin təbliğçisi, Peyğəmbər (s) əhkamının naşiri, İmam Zamanın (ə.f) yardımçılarından qərar ver və bu yolda ona sonsuz tofiqlər nail et!".
Əllamə Məclisinin nə qədər böyük işlər gördüyünü və dinimizə nə qədər xidmət etdiyini hamımız eşitmişik. Bəli, bu böyük alim atasının duası ilə dövrünün böyük alimi və İmamın (ə.f) ən yaxın yardımçılarından olur. Biz valideynlər də övladımız üçün belə xeyir dualar edək ki, bu dualar mütləq yerinə yetəndir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR