Təvəkkülün mənası, dərəcələri, dəyəri

Təvəkkülün mənası, dərəcələri, dəyəri
23:27 22 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

İslam əxlaqında ən mühüm mövzulardan biri - Allaha təvəkkül etməkdir. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təvəkkülün mahiyyətinə, dərəcələrinə, dəyərinə diqqət edək.
1. Təvəkkülün mahiyyəti. Əxlaq alimləri təvəkkülün mahiyyəti haqqında deyirlər: təvəkkül - yəni insanın Allaha olan qəlbi etimadı. İnsanın təvəkkül etməsi üçün imanı, yəqini və qüvvətli qəlbi olmalıdır. İnsan inanmalıdır ki, bu aləmdə Allahdan üstün qüdrət yoxdur və insan heç bir hadisəyə təsir edən deyildir. Bütün aləmdə baş verənlərin hamısı Allahın iradə və qüdrəti sayəsində baş verir. Ona görə də təvəkkülün əsasını tövhid təşkil edir. Tövhid olmadan insan təvəkkül edə bilməz. O zaman ki, insan bir işə iradə edər və onun üçün lazım olanları hazır edər - bilməlidir ki, bu işin həyata keçməsi Allahın əlindədir. Ona görə də insan Allah təvəkkül edib, işin nəticəsini gözləməlidir.
 
2. Təvəkkülün dərəcələri. Əxlaq alimlərinin nəzərinə görə təvəkkülün üç dərəcəsi vardır. Birinci dərəcəsi odur ki, insan Allaha inanar və bir növ vəkili kimi etimad edər. Bu, təvəkkülün ən aşağı dərəcəsidir. Çox asan əldə olunur və uzun müddət də davam edir.
Təvəkkülün ikinci dərəcəsi odur ki, insan təvəkkülün əslindən qafil olar və ən çox Allahla bağladığı əhdə diqqət göstərər. Təvəkkülün bu dərəcəsi çox az həyata keçər və tez də aradan gedər. Bu cür insan vaxtının çox hissəsini ağlamağa, ah-nalə çəkməyə sərf edər.
Təvəkkülün ən ali dərəcəsi odur ki, insan bütün hərəkətlərini Allahın əlində görür. Üçüncü dərəcə ikinci dərəcə ilə onunla fərqlənir ki, bu dərəcədə insan duanı, ağlamağı, yalvarmağı kənara qoyur. Ürəyində inanır ki, Allah onun işinə hikməti ilə tədbir görəcəkdir və Allahdan qeyrisindən əlini üzür. Əlbəttə təvəkkülün bu növü ancaq xalis bəndələrə aiddir və çox nadir hallarda həyata keçir.
 
3. Təvəkkülün dəyəri. Qurani-Kərim dəfərlərlə möminləri təvəkkül etməyə dəvət edir. Quran buyurur: "Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("Ali-İmran" 122). "Möminlər yalnız Allaha təvəkkül etməlidirlər". ("Mucadilə" 10). "Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-İmran" 159). İmam Sadiq (ə) buyurur: "Həqiqətən ehtiyacsızlıq və izzət fırlanmaq halındadır. O zaman ki, təvəkkül yerindən keçərlər, oranı öz vətənləri seçərlər".
 
4. Səy və təvəkkül etmək. Təvəkkülün mahiyyətindən aydın olduğu kimi, təvəkkül insanın səy etməsi və çalışması ilə təzad təşkil etmir. İnsan əlindən gələni edir və iradəsindən xaric olanları isə Allaha tapşırar. Əgər insanın gördüyü iş onun iradəsindən asılı olarsa, o zaman üzərinə düşəni yerinə yetirməli və nəticəsini Allaha tapşırmalıdır. Bu aləmdə baş verən hər bir şey Allahın iradəsi ilə baş verdiyi üçün bəzən insanlara xüsusi göstərişlər verir ki, hacətləri bu yolla həyata keçə bilsin. Misal üçün, Musaya (ə) əmr edir ki, Bəni-İsrayili Misirdən gecə vaxtı və hamının gözündən uzaq halda çıxartsın. "(Dedik:) "Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz". ("Duxan" 23).
Həzrət Peyğəmbər (s) bir ərəbi görür ki, Allaha təvəkkül bəhanəsi ilə dəvəsini səhrada boş buraxır və ona buyurur: "Dəvəni bağla və Allaha təvəkkül et".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR