İŞİD 9 məktəbli qızı öldürdü

İŞİD 9 məktəbli qızı öldürdü
23:42 22 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

"İslam dövləti" (İŞİD) terror qruplaşmasının döyüşçüləri bu gün minaatanlardan Suriyanın şimal-şərqində yerləşən Deyr-əz-Zor şəhərindəki qız məktəbini atəşə tutublar.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, nəticədə 9 şagird həlak olub, daha 15-i yaralanıb.
 
Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, mərmilər səhər saatlarında məktəb meydançasında partlayıb.
 
Hökumət qruplaşmanın hücumunu pisləyib. Suriyanın baş naziri Vali əl-Halkinin sözlərinə görə, məktəblər və universitetlərə edilən hücumlar ölkəni bərpa etməli olan gələcək nəsillərin təhsil almasına mane olmayacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR