Kürdəmirdə payızlıq taxıl səpini başa çatıb

Kürdəmirdə payızlıq taxıl səpini başa çatıb
00:23 23 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 23 dekabr, AZƏRTAC
Kürdəmirdə payızlıq taxıl səpini başa çatıb. Gələn ilin məhsulu üçün 38 min 300 hektarda dənlik, 867 hektarda xəsillik taxıl əkilib. Əkin kampaniyasında 200-dən çox texnikanın qüvvəsindən istifadə edilib. Əksər ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Karrar, Yenikənd, Pirli, Muradxan və bir sıra digər ərazi vahidlərində səpin kampaniyası daha mütəşəkkil aparılıb.
Bu barədə rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda o da bildirilir ki, hazırda hər yerdə gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür. Artıq 5000 hektarda bu tədbir həyata keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR