Pan Gi Mun: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sülh prosesini yaxınlaşdıracaq

Pan Gi Mun: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sülh prosesini yaxınlaşdıracaq
00:48 23 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

BMT-nin baş katibi Pan Qi Mun Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

“Görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb”, deyə BMT-nin baş katibi bildirib.

Pan Qi Mun həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. O Bakı və İrəvanı gərginliyin daha da azaldılmasına dair Minsk Qrupu ilə sıx əməkdaşlığa çağırıb və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2472913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR