Hindistanın Əfqanıstandakı konsulluğuna hücum hazırlanırmış

Hindistanın Əfqanıstandakı konsulluğuna hücum hazırlanırmış
02:39 23 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan xüsusi xidmət orqanları Hindistanın Cəlalabaddakı  konsulluğuna hücumun qarşısı alıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular hücumu Hindistanın baş naziri Narenda Modinin Kabilə səfəri zamanı törətməyi planlaşdırıblar.

 

“Indian Express” nəşrinin məlumatına görə, terrorçu-kamikadze terror aktını dekabrın 25-də törətməyi planlaşdırıb. Həmin gün Hindistanın baş nazirinin Əfqanıstanın paytaxtına səfəri nəzərdə tutulub.

 

Məlumata görə, terrorçu Pakistanla həmsərhəd rayonda yerləşən təlim düşərgəsində hazırlıq keçib və “Taliban” hərəkatının Peşəvərdəki məntəqəsində təlimatlandırılıb. Terror hücumunu  “Taliban”ın lideri Axtar Məhəmməd Mənsur ilə əlaqəli şəbəkə həyata keçirməyi  planlaşdırıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR