Mourinyonun meneceri "Mançester Yunayted" iddialarını yalanladı

"Çelsi" ilə yolları ayrılan Joze Mourinyonun "Mançester Yunayted"i çalışdıracağı barədə xəbərlər gəzir.

Metbuat.az "Globo Esporte"yə istinadən xəbər verir ki, portuqaliyalının meneceri Jorje Mendeş son açıqlamasında MY iddialarını yalanlayıb:

"Belə bir şeydən söhbət gedə bilməz. Gələcəkdə nə olacağını bilmirik, amma indi aramızda nə bir razılaşma var, nə də danışıqlar gedir.

Bunlar hamısı şayiədi".

Bir digər mənbənin məlumatına görə isə Joze Mourinyo Lui van Qal postunu tərk etmədiyi müddətdə "Mançester Yunayted"lə danışıqlar masasına oturmaq istəmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR