Avstraliyada terror aktı hazırlamaqda şübhəli bilinən 2 şəxs həbs olunub

Avstraliyada terror aktı hazırlamaqda şübhəli bilinən 2 şəxs həbs olunub
04:42 23 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər həbs olunub.
"Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, 24 yaşlı Abdulla Salihi ilə 20 yaşlı Məhəmməd Alamuyinin Avstraliya Silahlı Qüvvələrinə məxsus "Vullumlu" hərbi bazası ilə bağlı məlumat topladığı və beləliklə hərbçilərə qarşı terror aktı hazırladığı iddia olunur.
Hüquq-mühafizə orqanları əhali üçün ciddi təhlükə olmadığını qeyd ediblər.
Qeyd edək ki, hazırda 70-ə yaxın Avstraliya vətəndaşı "İŞİD" qruplaşmasına qoşularaq Suriya və İraqda hərbi əməliyyatlarda iştirak edirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/avstraliyada-terror-akti-hazirlamaqda-subheli-bilinen-2-sexs-hebs-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR