MDB Müdafiə Nazirləri Şurası birləşdirilmiş havadan müdafiə sistemini müzakirə edəcək

MDB Müdafiə Nazirləri Şurası birləşdirilmiş havadan müdafiə sistemini müzakirə edəcək
05:27 23 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Moskvada keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının 69-cu iclasında birləşdirilmiş havadan müdafiə və rabitə sistemlərinin inkişaf etdirilməsi məsələlərini müzakirə predmeti olacaq. "Report"-un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Tədbir iştirakçıları, həmçinin, hərbi kadrların tədrisi, hərbi-idman sahəsində əməkdaşlıq, ərazilərin minalardan təmizləmə və s. kimi mövzular ətrafında fikir mübadiləsi aparacaq, 2016-cı il üçün birgə fəaliyyət planını müəyyən edəcəklər. Ümumilikdə 20-dən çox məsələ diqqət mərkəzində saxlanılacaq.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri iştirak edəcəklər.
Tədbir çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/mdb-mudafie-nazirleri-surasi-birlesdirilmis-havadan-mudafie-sistemini-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR