Neftin qiyməti təəccübləndirdi

Neftin qiyməti təəccübləndirdi
06:01 23 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiymətində təəccüblü hadisə qeydə alınıb. ANS PRESS-in məlumatına görə, dünya bazarlarında “Texas” nefti “Brent” neftindən baha satılıb.

Belə ki, birjalarda “Brent” markalı neftin bir barelinin qiyməti cüzi ucuzlaşaraq 36.11 dollar olub.

“Texas” (WTI) markalı neftin qiyməti isə dünənə nisbətən bahalaşaraq bir bareli 36.44 dollar olub.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,49 dollar ucuzlaşaraq 36,71 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 34,50 dollar olub. Gümüşün qiyməti isə 1 qram üçün 0.45 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Ötən gün Azərbaycan valyutasında devalvasiya qeydə alınıb. Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirib. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. İndi 1 ABŞ dollarının qiyməti 1.5511 AZN təşkil edir. 1 avro 1.6939, 1 rubl 0.0217 AZN olub.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR