Sahibkarlar sui-istifadə hallarına yol verməməlidir (VİDEO)

Sahibkarlar sui-istifadə hallarına yol verməməlidir (VİDEO)
06:06 23 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda manat inqilabından sonra bir gərginlik yaşanmaqdadır. Bu gərginliyin içərisində bir süni gərginlik də var. Belə ki, əhalinin böyük bir hissəsi daha çox ərzaq məhsulu əldə etməyə çalışır.

Bir sıra mağaza sahibləri isə ərzaq məhsullarını satmamağa daha çox cəhd göstərir. Ümumiyyətlə bu belə olmalıdırmı və niyə belə olur?

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Babayev və nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev “Nəzər Nöqtəsi”ndə bütün bunlara aydınlıq gətiriblər.

– Sahib müəllim bugünlərdə mağazalarda və ticarət mərkəzlərində faktiki olaraq bir çox məhsulların satışına rast gəlinmədi. Buna mağaza sahiblərinin ixtiyarı çatırmı?

– Qeyd edim ki, dekabrın 21-də Mərkəzi Bank tərəfindən manatın üzən məzənnəyə keçməsilə əlaqədar qərar qəbul olundu. Məhz bu istiqamətdə bir sıra ekspertlər və dövlət rəsmiləri öz fikirlərini bildirdilər. Əlbəttə ki, dünyada baş verən iqtisadi proseslər fonunda, yəni neftin qiymətinin aşağı düşməsi, eləcə də Amerika Birləşmiş Ştatları məhz neft ixracına qoyduğu qadağanın aradan qaldırılması və digər amillər Azərbaycan iqtisadiyyatına az da olsa, təsir göstərir. Ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan iqtisadiyatı bu gün dünyada baş verən proseslərə baxmayaraq dayanıqlılıq nümayiş etdiri.Manatın dəyərinin ucuzlaşması fonunda bir sıra mağazalarda belə bir cəhdlərin olması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yer aldı.

– Sahib müəllim hardasa, mağaza sahiblərini buna görə qınıyırq. Amma vətəndaşlardan da soruşmaq lazımdır ki, nə baş verir ki, tələbatdan artıq ərzaq məhsulları almağa cəhd edilir. Yəqin ki, əhali də düzgün etmir?

– Burada pisxoloji amil çox vacibdir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir ki və bu xidmət bilavasitə istehlak bazarında süni qiymət artımlarına, eyni zamanda suistifadə hallarına qarşısını alır. Sahibkarlar belə bir vəziyyətdə sui-istifadə hallarına yol verməməlidirlər. Bu dünyada gedən proseslərdir və sözsüz ki, bu proseslərdən Azərbaycan kənarda qala bilməz.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR