Bakıda 32 yaşlı kişi bıçaqlandı - FOTO

Bakıda 32 yaşlı kişi bıçaqlandı - FOTO
07:05 23 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçuda bıçaqlanma hadisəsi olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini 1983-cü il təvəllüdlü Murad Mehdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb. O dərhal təcili yardım maşını ilə 3 saylı şəhər kilinik xəstəxanasına çatdırılıb.
 
Xəstəxananın cərrahı Aydın Kazımovun verdiyi məlumata görə, xəstə qarın ön divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub: "Xəstə ağır vəziyyətdə xəstəxanamıza gəlmişdi. Təcili əməliyyat olundu. Hal-hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin həyatı üçün heç bir təhlükə yoxdur".
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR