“Xaçmaz” ES-də 259,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub

07:53 23 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“Xaçmaz” elektrik stansiyasında (ES) 2015-ci ildə də uğurlu nəticələr əldə edilib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, stansiya üzrə noyabr ayında 20,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Ötən 11 ayda isə burada istehsal edilən elektriuk enerjisinin miqdarı 259,8 milyon kilovat-saatdan artıq təşkil edib.
Avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
Qeyd edək ki, ən müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan “Xaçmaz” ES-in respublikanın Şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu var. Ümumi gücü 87 meqavat olan stansiya 10 aqreqatdan ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmaz_ES_de_2598_milyon_kilovat_saatdan_artiq_elektrik_enerjisi_istehsal_olunub-913516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR