İŞİD-dən "Miss İraq"a seksual təhdid

İŞİD-dən "Miss İraq"a seksual təhdid
08:05 23 Dekabr 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması "Miss İraq" müsabiqəsinin qalibi Şayme Kassim Əbdülrəhmanı hədələyir.

Milli.Az anspress-ə istinadən bildirir ki, terorçular 20 yaşlı qıza zəng edib onu seçim qarşısında qoyub: seks-cihad və ya ölüm.

Terrorçular bu günlərdə keçirilən müsabiqənin qalibi olan Şayme Kassimə İŞİD ərazisinə gələrək onlara seks-xidmətləri göstərmək tələbi irəli sürüb. İraq KİV-inin məlumatına görə, onlar əks halda qızı öldürməyə söz veriblər. Hazırda "Miss İraq" gizlənməyə məcbur olub. Halbu ki, cəmi iki gün əvvəl onu respublikanın normal həyata qayıdışının simvolu adlandırırdılar.

Xatırladaqki, Şayma Kassim Əbdülrəhman dekabrın 20-də İraqın gözəllik kraliçası titulunu qazanıb və qızıl tac alıb. Finalda o bütün rəqiblərini qabaqlayaraq ilk pillənin sahibi olub. Finala isə qətllə təhlükələrə və digər təhdidlərə görə yalnız səkkiz iştirakçı çatıb.

Qeyd edək ki, 43 ildən sonra İraqda ilk dəfə gözəllik kraliçasını seçiblər. Sonuncu dəfə "Miss İraq" 1972-ci ildə keçirilib. Bundan sonra gözəllik müsabiqəsi qadağan olunub. 43 ildən sonra yenidən Bağdadda respublikanın ən gözəl qızının adı bəlli olub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR