Amerikalı memarlar Bakıdadır

Amerikalı memarlar Bakıdadır
08:17 23 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycanda həyata keçirdiyi "spikerlər proqramı" çərçivəsində ABŞ-ın məşhur memarları Mark Xidekel və Regina Xidekel Azərbaycanda səfərdədirlər.
Milli.Az APA-ya istinadən bildirir ki, onlar Bakıda Memarlıq və İnşaat Universitetində, həmçinin Azərbaycan memarları ilə görüşlər keçiriblər. Mark Xidekel Bakıda ikinci dəfə olduqlarını və bu şəhəri çox bəyəndiklərini bildirib: "Bakı Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Bu Bakıya təkrarolunmaz görüntü verir. Bakı müasir memarlıq abidələri ilə zəngindir. Bu ondan xəbər verir ki, ölkə inkişaf edir. Düşünürəm ki, buradakı tarixi binaları, qədim küçələri qorumaq lazımdır".
 
Memar Bakıdakı binaların üzlüklərinin daşdan olmasını bəyəndiyini deyib. O, Bakıda göydələnlərin tikilməsinin tamamilə mümkün olduğunu deyib: "İlk növbədə iradə ilə, daha sonra texnoloji imkanlar və maliyyə vəsaiti ilə bu mümkündür. Burada vertikal şəkildə çox gözəl binalar tikmək olar. Burada memarlarla görüşlər keçirərkən bir sıra layihələri müzakirə etdik. Məsələn Bayraq Meydanı ətrafında çox gözəl rayon qurmaq mümkündür. Bunu komanda şəklində etmək olar".
 
Hazırda Nyu-Yorkda yaşayan memar horizontal binalar ideyasını dəstəkləyir. O, bu layihəni çox əlverişli hesab edərək bunu Bakıda reallaşdırılmasının mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bununla Bakı horizontal binaların tikildiyi ilk paytaxt ola bilər. Memar təklif olarsa, bu sahədə Azərbaycanda işləməyə hazır olduğunu bildirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR