Arda Turan təyyarədən düşən kimi məscidə getdi (FOTO)

Arda Turan təyyarədən düşən kimi məscidə getdi (FOTO)
09:21 23 Dekabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə yığmasının ulduz futbolçusu hazırda “Barcelona”da top qovan Arda Turan ötən gecə İslam peyğəmbəri həzrəti Muhammədin (əs) mövludu günü münasibəti ilə məscidə gedib. ANS PRESS-in məlumatına görə, “Barcelona”nın Yaponiyada keçirilən matçından Türkiyəyə qayıdan Turan təyyarədən düşən kimi İstanbuldakı “Eyyub Sultan” məscidinə gedib.



Məsciddə namaz qılan ulduz futbolçu daha sonra peyğəmbərin doğum günü münasibəti ilə oxunan “Mövlüd”ə qulaq asıb. Daha sonra pərəstişkarları ilə söhbət edən Arda Turan onlarla şəkil çəkdirib.



Arda Turanın yeni il münasibəti ilə verilən tətil səbəbindən Türkiyəyə gəldiyi bildirilir.

Dünən gecə Türkiyədə və bəzi İslam ölkələrində həzrəti Muhammədin (əs) doğum günü münasibəti ilə mövlud tədbirləri keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR