Eynulla Fətullayev istefa verdi

Eynulla Fətullayev istefa verdi
09:42 23 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış jurnalistlərindən biri Eynulla Fətullayev haqqın.az saytının baş redaktoru vəzifəsindən istefa verib. Saytın yeni baş redaktoru postuna indiyədək haqqın.az-ın imnformasiya bürosuna rəhbərlik etmiş 22 yaşlı jurnalist Murad Səmədov təyin olunub.

Milli.Az bildirir ki, E.Fətullayev haqqin.az, virtualaz.org və azeridaily.com saytlarının daxil olduğu "Haqqın.az" açıq səhmdar cəmiyyətinə rəhbərlik edəcək.

O, saytların menecmenti və şirkətin reklam fəaliyyəti ilə də məşğul olacaq, habelə haqqın.az-ın müəlliflərindən birinə çevriləcək.

E.Fətullayev gələn aydan etibarən ANS telekanalında yeni layihəyə başlayır.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR