Əfqanıstanlı qonaqlar Bakı Olimpiya Stadionunda olublar

Əfqanıstanlı qonaqlar Bakı Olimpiya Stadionunda olublar
09:48 23 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Əfqanıstan nümayəndə heyəti Bakı Olimpiya Stadionunda olub.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, ictimai məsələlər naziri Mahmud Balig və şəhərsalma məsələləri naziri Sadət Mansur Nadiri stadionla tanış olub, burada təşkil olunan və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat əldə ediblər.
Mahmud Balig deyib: “Çox sevinirəm ki, İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək. Öz komandamızı dəstəkləmək üçün mən buraya mütləq gələcəyəm”.
Sadət Mansur Nadiri bildirib ki, stadion öz əzəməti ilə insanı heyrətə salır. Rekord sayıla bilinəcək qısa vaxt ərzində bu cür arenanın inşa olunması ilk baxışda mümkünsüz görünür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afqanistanli_qonaqlar_Baki_Olimpiya_Stadionunda_olublar-913520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR