Azərbaycan, İran və Gürcüstan dəmir yolu sahəsində əməkdaşlığa dair protokol imzalayıblar

Azərbaycan, İran və Gürcüstan dəmir yolu sahəsində əməkdaşlığa dair protokol imzalayıblar
09:57 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ İranın Təbriz şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Mamuka Baxtadze arasında üçtərəfli görüş keçirilib.
" Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, görüşüdə üç dövlətin tranzit potensialını artıraraq, Qara dəniz hövzəsindən, Gürcüstanın dəniz limanları vasitəsi ilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə çatdırılması perspektivləri müzakirə olunub. İranın getdikcə artan ticarət dövriyyəsi, qeyd olunan nəqliyyat dəhlizinin daha əlverişli olması da görüşün əsas müzakirə edilən mövzularından olub.
İclasın yekununda dəmir yollarının rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən protokolu imzalayıblar. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR