Millimizin üzvü Azərbaycan vətəndaşlığından imtina edir

Millimizin üzvü Azərbaycan vətəndaşlığından imtina edir
10:27 23 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakının "İnter" komandasının futbolçusu Abdulla Abatsiyev Azərbaycan vətəndaşlığından imtina qərarına gəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu haqda klubun baş məşqçisi Zaur Svanadze məlumat verib.
Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi yenidən Rusiya vətəndaşlığını qəbul etmək niyyətindədir. Svanadze bildirib ki, Abatsiyev qonşu ölkə çempionatında oynaya bilməkdən ötrü bu addımı atıb: "Rusiyada legionerlərin oynamasında ciddi məhdudiyyətlər var. Əsas heyətə düşməkdə çətinlik çəkməməkdən ötrü Abatsiyev vətəndaşlığını dəyişmək qərarına gəlib. Amma keçəcəyi klubun adını bilmirik".
Qeyd edək ki, Abdulla Abatsiyev Şimali Osetiyanın paytaxtı Vladiqafqazda doğulub. O, Azərbaycana 2011-ci ildə gəlib. Abatsiyev bir il "Sumqayıt"da çıxış etdikdən sonra "İnter"ə keçib. 2013-cü ildən etibarən gənc futbolçu Azərbaycanın 21 yaşadək və əsas yığmalarına cəlb olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR