Azərbaycan, İran və Gürcüstan dəmir yollarının rəhbərləri tranzit yüklərin daşınması perspektivlərini müzakirə ediblər

Azərbaycan, İran və Gürcüstan dəmir yollarının rəhbərləri tranzit yüklərin daşınması perspektivlərini müzakirə ediblər
10:28 23 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
İran İslam Respublikasının Təbriz şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, Gürcüstan Dəmir Yolları SC-nin baş direktoru Mamuka Baxtadze arasında üçtərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-in mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə üç dövlətin tranzit potensialını artıraraq, Qara dəniz hövzəsindən, Gürcüstan dəniz limanları vasitəsi ilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə catdırılması perspektivləri müzakirə olunub.
İclasın yekununda dəmir yolların rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən Protokol imzalayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Iran_ve_Gurcustan_demir_yollarinin_rehberleri_tranzit_yuklerin_dasinmasi_perspektivlerini_muzakire_edibler-913526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR