"Shell" 2016-cı ildə əsaslı xərcləri daha 2 milyard dollar azaldacaq

"Shell" 2016-cı ildə əsaslı xərcləri daha 2 milyard dollar azaldacaq
10:32 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Royal Dutch Shell" konserni gələn il üçün əsaslı xərcləri azaltmaqla bağlı planlarını açıqlayıb. "Report" şirkətin rəsmi saytına istinadən xəbər verir ki, "Shell"in "BG Group" şirkətiylə birləşməsinin həyata keçirilməsinə həsr olunmuş press-relizdə 2016-cı il üçün əsaslı xərclər üzrə yeni rəqəmlər təqdim edilib.
Xatırladaq ki, şirkət daha əvvəl neftin qiymətinin aşağı düşməsi fonunda 2015-2016-cı illər üçün əsaslı xərcləri azaldacağını elan etmişdi.
Yenilənmiş planlara görə, 2016-cı ildə əsaslı xərclər 33 milyard ABŞ dolları təşkil edəcək ki, bu, "Shell"in daha əvvəlki proqnozundan 2 milyard dollar azdır. Ümumiyyətlə, konsernin növbəti il üçün planlaşdırılan əsaslı xərcləri 2014-cü ilin göstəricisindən 30% aşağı olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR