40 min manata görə 11 il həbsdə yatacaq

40 min manata görə 11 il həbsdə yatacaq
11:19 23 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Rafiq Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, Rafiq Ağayev 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə şərti cəza alıb.

 

Qeyd edək ki,  Rafiq Ağayev Bakı şəhər sakininin etibarından sui-istifadə edərək, ondan 40 min manat pul alıb geri qaytarmayıb. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR