İsmayıllı məktəbliləri arasında voleybol yarışlarına yekun vurulub

İsmayıllı məktəbliləri arasında voleybol yarışlarına yekun vurulub
11:38 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 23 dekabr, AZƏRTAC
İsmayıllı rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəb komandaları arasında keçirilən voleybol üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunan yarışların final mərhələsində 10 ən güclü komanda iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə birinci yeri şəhər 3 saylı məktəb-liseyin, ikinci yeri İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, üçüncü yeri isə Diyallı kənd tam orta məktəbin komandaları tutublar.
Qalib komandalara gənclər və idman idarəsinin diplomları verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayilli_mekteblileri_arasinda_voleybol_yarislarina_yekun_vurulub-913547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR